...

OPEK-dən İrana təklif

Dünya xəbərləri Materials 18 Noyabr 2016 20:16 (UTC +04:00)
OPEK üzv ölkələri İrana neft hasilatını sutkada 3,92 milyon barrel həcmində məhdudlaşdırmağı təklif edib
OPEK-dən İrana təklif

Bakı. Trend:

OPEK üzv ölkələri İrana neft hasilatını sutkada 3,92 milyon barrel həcmində məhdudlaşdırmağı təklif edib.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu təklif OPEK-in bir sıra üzv ölkələrinin nazirlərinin görüşü zamanı səsləndirilib.

İclasda İranın neft naziri iştirak etməyib və bu təkliflə bağlı rəsmi Tehranın cavabı məlum deyil.

Daha əvvəl İran neft nazirinin müavini ölkənin neft hasilatını 2020-ci ilədək sutkada 5,7 milyon barrel həcminədək artırmağı planlaşdırdığını bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti