...

Yalçın Topçu: Avropa İttifaqının Türkiyəyə ehtiyacı var

Dünya xəbərləri Materials 21 Noyabr 2016 13:00 (UTC +04:00)
"Türkiyənin heç vaxt Aİ-yə ehtiyacı olmayıb, əksinə, İttifaqın Türkiyəyə ehtiyacı var".
Yalçın Topçu: Avropa İttifaqının Türkiyəyə ehtiyacı var

Bakı. Orxan Quluzadə - Trend:

"Türkiyə zaman-zaman Avropa İttifaqına daxil olmağa cəhd göstərdi. Lakin Türkiyənin heç vaxt Aİ-yə ehtiyacı olmayıb, əksinə, İttifaqın Türkiyəyə ehtiyacı var".

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, Avropanın Türkiyənin gücünə, yeraltı və yerüstü sərvətlərinə, insan resurslarına ehtiyacı var.

Y.Topçu bildirib ki, Aİ ölkələri üçün Şərq, Qafqaz, ərəb, Orta Asiya və Balkan ölkələri ilə möhkəm ticarət və siyasi əlaqələr qurmağın tək yolu Türkiyədir: "Amma görünən odur ki, Avropa Türkiyə ilə əlaqələrini gücləndirmək fikrində deyil".

Baş müşavir əlavə edib ki, PKK, İŞİD, Fəthullah Gülən hərəkatı kimi terror təşkilatlarının arxasında guya Türkiyə ilə strateji əlaqələri olan ölkələr dayanır: "Türkiyə terror dəstələrinin əllərində olan silahlardan bunu gördü. Almaniyada bizim axtarış siyahımızda olan 4500 terrorçu var".

Y.Topçu deyib ki, Aİ-Türkiyə əlaqələri Avropa tərəfinin bundan sonra atacağı addımlardan asılıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti