...

Donald Trampın mühafizəsinə sərf olunan ağlasığmaz məbləğ

Dünya xəbərləri Materials 22 Noyabr 2016 16:45 (UTC +04:00)
ABŞ prezidenti və onun yaxınlarının mühafizəsi ilə Birləşmiş Ştatların məxfi xidməti məşğul olur.
Donald Trampın mühafizəsinə sərf olunan ağlasığmaz məbləğ

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mühafizəsi Nyu-York şəhərinə gündəlik bir milyon dollara başa gəlir.

Trend-in CNN telekanalına istinadən verdiyi məlumata görə, yeni seçilmiş prezidentin bu şəhərdə qalma xərcləri üçün Nyu-York rəhbərliyi federal hökumətə müraciət etməyi planlaşdırır.

D.Tramp andiçmədən sonra Ağ Evə köçsə belə, onun xanımı Melania Tramp və övladları tədris ilinin sonuna qədər "Trump Tower"dəki evlərində qalacaqlar. Bu bina Nyu-Yorkda əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biridir.

ABŞ prezidenti və onun yaxınlarının mühafizəsi ilə Birləşmiş Ştatların məxfi xidməti məşğul olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti