...

Türk qırıcıları İŞİD-in mövqelərini bombalayıb

Dünya xəbərləri Materials 23 Noyabr 2016 19:36 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatları çərçivəsində İŞİD-in Suriyanın Əl-Bab şəhərindəki mövqelərini məhv edib.
Türk qırıcıları İŞİD-in mövqelərini bombalayıb

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatları çərçivəsində İŞİD-in Suriyanın Əl-Bab şəhərindəki mövqelərini məhv edib.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Məlumatda deyilir ki, Türkiyəyə məxsus qırıcılar İŞİD-in kəşfiyyat əsasında müəyyənləşdirdikləri 8 obyektinə avia zərbələr endirib.

Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı avqustun 24-dən bəri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti