...

Türkiyədə terror aktı: 2 ölü, 16 yaralı (FOTO/VİDEO) (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 24 Noyabr 2016 10:41 (UTC +04:00)
Türkiyənin Adana vilayətində partlayışı terrorçu-intiharçı qadın törədib.
Türkiyədə terror aktı: 2 ölü, 16 yaralı (FOTO/VİDEO) (YENİLƏNİB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:47-də yayılıb)

Bakı. Trend:

Türkiyənin Adana vilayətində partlayışı terrorçu-intiharçı qadın törədib.

Bu barədə Trend DHA agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, təkrar partlayış təhlükəsi var. Belə ki, ərazidə partlayıcı qurğu yerləşdirilmiş daha bir avtomobilin olması istisna edilmir.

X X X

09:47

Adana valisi Mahmud Demirtaş partlayışın binanın avtomobil parkının qarşısında baş verdiyini bildirib.

Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

O əlavə edib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

X X X

Adana valiliyinin inzibati binasının qarşısında partlayış baş verib.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb.

Partlayışın binanın avtomobil parkında qeydə alındığı bildirilir. Avtomobillərdən birinin partlaması nəticəsində bina və ətrafdakı maşınlar da zərər görüb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları, polis əməkdaşları cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti