...

Ərdoğan: Qərbin səmimiyyətinə inanmaq mümkündürmü?

Dünya xəbərləri Materials 24 Noyabr 2016 14:12 (UTC +04:00)
Avropa İttifaqında PKK-nı terror təşkilatı elan edənlər indi Avropa meydanlarında onların nümayiş keçirməsinə icazə verirlər.
Ərdoğan: Qərbin səmimiyyətinə inanmaq mümkündürmü?

Bakı. Trend:

Avropa İttifaqında PKK-nı terror təşkilatı elan edənlər indi Avropa meydanlarında onların nümayiş keçirməsinə icazə verirlər.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təhsil işçiləri günü ilə bağlı konfransda deyib.

Dövlət başçısı qeyd edib: "Almaniya kimi bir ölkə "Terrora yox, demokratiyaya hə" şüarı ilə mitinq təşkil etmək istəyənlərə "xeyr" deyir. Bu Qərbin səmimiyyətinə inanmaq mümkündürmü? Bunlar terrorun köməkçi ünsürləridir".

R.T.Ərdoğan bildirib ki, Türkiyə terrora dəstək verənləri əfv etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti