...

"Lufthansa"da tətil davam edir - Bu gün 800 reys təxirə salınır

Dünya xəbərləri Materials 25 Noyabr 2016 08:05 (UTC +04:00)
Almaniyanın "Lufthansa" aviaşirkəti bu gün 800-dən artıq aviareysi təxirə salmağı planlaşdırır.
"Lufthansa"da tətil davam edir - Bu gün 800 reys təxirə salınır

Bakı. Trend:

Almaniyanın "Lufthansa" aviaşirkəti bu gün 800-dən artıq aviareysi təxirə salmağı planlaşdırır.

Trend "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, qrafikin dəyişməsi 100 mindən artıq sərnişinin uçuş planına təsir edəcək.

Qeyd edək ki, artıq neçə gündür ki, Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotları əmək haqlarının artırılması tələbi ilə tətil elan ediblər. Tətil nəticəsində təkcə son iki gündə 2000-ə yaxın reys təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti