...

Suriyada daha bir türk hərbçi həlak oldu

Dünya xəbərləri Materials 25 Noyabr 2016 11:31 (UTC +04:00)
Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı çərçivəsində daha bir türk hərbçi həlak olub, 5-i yaralanıb.
Suriyada daha bir türk hərbçi həlak oldu

Bakı. Orxan Quluzadə - Trend:

Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı çərçivəsində daha bir türk hərbçi həlak olub, 5-i yaralanıb.

Bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.

Məlumata əsasən, İŞİD terror qruplaşmasının döyüşçüləri Türkiyəyə məxsus zirehli texnikaya raket zərbələri endiriblər.

Suriyada 3 türk hərbçi ölüb, 7-si yaralanıb

Suriyada 3 türk hərbçi ölüb, 7-si yaralanıb

Ötən gün Suriyada xəsarət almış Türkiyə hərbi qulluqçularından biri isə bu gün dünyasını dəyişib. Bununla da son iki gündə Suriyanın şimalında həlak olan türk hərbçilərin sayı 5-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti