İlk xəbər saat 15:56-da yayılıb
Bakı. Trend:
İranda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
Bu barədə Trend "TASS" agentliyinə istinadən məlumat verir.
X X X
21:09
İranda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.
X X X
16:24
İranda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.
X X X
15:56
İranın Damğan vilayətində iki qatarın toqquşması nəticəsində 31 nəfər ölüb, 89 nəfər xəsarət alıb.
Bu barədə Trend IRIB TV-yə istinadən məlumat verir.
Məlumata əsasən, həmin qatarlar Səmnan-Məşhəd və Təbriz-Məşhəd marşrutları üzrə hərəkət edirmiş.
İranın rəsmi şəxsləri hələ açıqlama verməyiblər.