...

PKK terrorçuları ilə atışma: türk hərbçi ölüb

Dünya xəbərləri Materials 25 Noyabr 2016 17:58 (UTC +04:00)
Türkiyənin Diyarbəkir vilayətində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.
PKK terrorçuları ilə atışma: türk hərbçi ölüb

Bakı. Trend:

Türkiyənin Diyarbəkir vilayətində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı terrorçularla atışma nəticəsində bir hərbçi yaralanıb.

Dövlət xəstəxanasına aparılan yaralı hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Terrorçuların tutulması üçün bölgədə aparılan əməliyyat davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti