...

Ərdoğan Putinə zəng etdi və terrorizmə qarşı mübarizədən danışdılar

Dünya xəbərləri Materials 25 Noyabr 2016 19:44 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Ərdoğan Putinə zəng etdi və terrorizmə qarşı mübarizədən danışdılar

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, Kremlin saytı telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu bildirib.

Məlumatda deyilir ki, V.Putin və R.T.Ərdoğan siyasət, ticari-iqtisadi əməkdaşlıq və müxtəlif səviyyələrdə ikitərəfli müqavilələrlə tənzimlənən münasibətləri müzakirə ediblər: " Suriya böhranının həlli istiqamətində fikir mübadiləsi aparılıb. Beynəlxalq terrorizmlə mübarizə ilə bağlı səylərin əlaqələndirilməsi istiqamətində Rusiya və Türkiyə Xarici İşlər Nazirliyi, müdafiə və xüsusi xidmət orqanları arasında aktiv dialoqun davam etdirilməsi qərara alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti