...

Suriyada daha bir türk hərbçi həlak oldu

Dünya xəbərləri Materials 26 Noyabr 2016 04:49 (UTC +04:00)
Suriyanın şimalında aparılan "Fərat qalxanı" əməliyyatı çərçivəsində Türkiyə Ordusunun 1 hərbçisi ölüb, 3-ü yaralanıb
Suriyada daha bir türk hərbçi həlak oldu

Bakı. Trend:

Suriyanın şimalında aparılan "Fərat qalxanı" əməliyyatı çərçivəsində Türkiyə Ordusunun 1 hərbçisi ölüb, 3-ü yaralanıb.

Bu barədə Trend Milliyet qəzetinə istinadən xəbər verir.

Ötən gün Suriyada xəsarət almış Türkiyə hərbi qulluqçularından biri isə bu gün dünyasını dəyişib. Bununla da son iki gündə Suriyanın şimalında həlak olan türk hərbçilərin sayı 6 nəfər çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti