...

İran Rusiya istehsalı olan qırıcılar ala bilər

Dünya xəbərləri Materials 26 Noyabr 2016 12:34 (UTC +04:00)
İranın müdafiə naziri briqada generalı Hosseyn Dehqan bildirib ki, Rusiya istehsalı olan Su-30 qırıcılarının alınması gündəlikdə duran məsələdir.
İran Rusiya istehsalı olan qırıcılar ala bilər

Bakı. Trend:

İranın müdafiə naziri briqada generalı Hosseyn Dehqan bildirib ki, Rusiya istehsalı olan Su-30 qırıcılarının alınması gündəlikdə duran məsələdir. Trend bu barədə İranın "Tasnim" agnetliyinə istnadən məlumat verir.

Həmçinin onun sözlərinə görə, İran Rusiya təyyarələrinə Həmədanda yerləşən "Noje" avibazasından istifadə etmək imkanı verməyə hazırdır, lakin bəzi şərtlər yerinə yetirilməklə.

Qeyd edək ki, avqustun ortalarında Rusiyaya məxsus təyyarələr İranın Həmədanda yeləşən adıçəkilən aviabazasından Suriyadakı İŞİD terror təşkilatının mövqelərini bombalamaq üçün istifadə etmişdi.

Bundan sonra İranın müdafiə naziri belə bir informasiyanı açıq şəkildə yaydığı üçün Rusiyaya narazılığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti