...

İran Rusiyaya Həmədandakı avibazadan istifadə etmək imkanı verə bilər

Dünya xəbərləri Materials 26 Noyabr 2016 14:54 (UTC +04:00)
İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqan Həmədanda yerləşən "Şəhid Noje" hərbi aviabazasından Rusiyanın istifadə etməsini istisna etmir.
İran Rusiyaya Həmədandakı avibazadan istifadə etmək imkanı verə bilər

Bakı. Trend:

İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqan Həmədanda yerləşən "Şəhid Noje" hərbi aviabazasından Rusiyanın istifadə etməsini istisna etmir. Trend bu barədə İranın "Tasnim" agentliyinə istinadən məlumat verir.

Nazirin sözlərinə görə, əgər Suriyadakı vəziyyət Rusiya hərbi təyyarələrinin bu aviabazadan təkrar istifadəsini tələb edərsə, İran aviabazanı Rusiyanın istifadəsinə verməyə hazırdır.

Qeyd edək ki, bu il avqust ayının ortalarında Rusiyaya məxsus təyyarələr İranın Həmədanda yeləşən aviabazasından Suriyadakı İŞİD terror təşkilatının mövqelərini bombalamaq üçün istifadə etmişdi. İranın müdafiə naziri isə belə bir informasiyanı açıq şəkildə yaydığı üçün Rusiyaya narazılığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti