...

İsraildə yanğınlar nəticəsində 132 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 27 Noyabr 2016 07:41 (UTC +04:00)
İsrailin Hayfa şəhərində ən azı 132 sakin yanğınlar zamanı xəsarət alıb.
İsraildə yanğınlar nəticəsində 132 nəfər xəsarət alıb

Bakı. Trend:

İsrailin Hayfa şəhərində ən azı 132 sakin yanğınlar zamanı xəsarət alıb.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, onların hamısı xəstəxanaya yerləşdirilib, əksəriyyəti isə artıq xəstəxananı tərk edib.

Zərərçəkənlərin problemləri əsasən tüstüdən zəhərlənmə ilə bağlıdır və onların sağlamlığına və həyatına risk daşımır.

İsrailə yanğınların söndürülməsi üçün İtaliya, İspaniya, Türkiyə, Azərbaycan, Xorvatiya, Kipr, Yunanıstan, Rusiya öz təyyarələrini göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti