...

Tehran nüvə sazişinin iflasına hazırdır

Dünya xəbərləri Materials 28 Noyabr 2016 17:28 (UTC +04:00)
Tehran Qərblə əldə olunmuş nüvə sazişinin iflasa uğraması halında çıxış yolu olaraq bir neçə variant hazırlayıb.
Tehran nüvə sazişinin iflasına hazırdır

Bakı. Elmira Tariverdiyeva - Trend:

Tehran Qərblə əldə olunmuş nüvə sazişinin iflasa uğraması halında çıxış yolu olaraq bir neçə variant hazırlayıb.

Trend-in "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

Onun sözlərinə görə, danışıqlar aparılarkən bu sazişin iflasa uğraması mümkünlüyü İran tərəfindən nəzərə alınıb: “Biz 1,5 il ərzində uranı geniş həcmdə zənginləşdirə bilərik, lakin bu sazişə zərər gətirmək istəməzdik”.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qərbin İranla əldə etdiyi sazişə yenidən baxacağını vəd etmişdi. Seçki kampaniyası zamanı D.Tramp İranla bu danışıqlarda ABŞ-ı “ağılsız adamların” təmsil etdiyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti