...

Türkiyədə qızlar yataqxanasındakı faciənin təfərrüatları (FOTO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 30 Noyabr 2016 10:04 (UTC +04:00)
Türkiyənin Adana rayonunun Aladağ rayonunda 3 mərtəbəli tələbə yataqxanasında yanğın olub.
Türkiyədə qızlar yataqxanasındakı faciənin təfərrüatları (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyənin Adana rayonunun Aladağ rayonunda 3 mərtəbəli tələbə yataqxanasında yanğın olub.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 11 tələbə qız və 1 müəllimə yanaraq ölüb. 22 tələbənin isə yaralandığı bildirilir. Onların xəsarət almasına səbəb yanğın zamanı özlərini pəncərədən atmaları olub.

Adana bələdiyyəsinin sədri yanğın nərdivanının qapısının içəridən bağlı olduğunu, açarın isə ölən müəllimədə qaldığını deyib.

Hadisəyə ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti