...

Səudiyyə Ərəbistanı qərar qəbul etdi - neft hasilatını azaldır

Dünya xəbərləri Materials 30 Noyabr 2016 19:24 (UTC +04:00)
Səudiyyə Ərəbistanı gün ərzində neft hasilatını 10,06 milyon barelə qədər azaldacaq.
Səudiyyə Ərəbistanı qərar qəbul etdi -  neft hasilatını azaldır

Bakı. Trend:

Səudiyyə Ərəbistanı gün ərzində neft hasilatını 10,06 milyon barelə qədər azaldacaq. Trend-in məlumatına görə, bu barədə RİA Novosti OPEK-dəki mənbəsinə istinadən məlumat verib.

Qeyd edək ki, bu gün Venada OPEK-in rəsmi görüşü keçirilir.

Görüşdə OPEK İndoneziyanın təşkilatda üzvlüyünü dayandıraraq onun neft hasilatı üzrə kvotasını kartelin digər üzv ölkələr arasında bölmək barədə qərar qəbul edib.

İndoneziyanın energetika naziri OPEK-də görüşdən öncə bəyan edib ki, ölkəsi neft hasilatının azaldılması ilə bağlı mövqeyini hələ müəyyənləşdirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti