...

Türkiyədə idarəçilik forması dəyişəcəkmi?

Dünya xəbərləri Materials 1 Dekabr 2016 17:33 (UTC +04:00)
Bu layihə müxalif partiyalardan biri, Milliyyətçi Hərəkat Partiyası ilə razılaşdırılıb.
Türkiyədə idarəçilik forması dəyişəcəkmi?

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə prezident idarəçilik formasına keçidi nəzərdə tutan konstitusiya dəyişiklikləri layihəsi gələn həftə hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən parlamentə təqdim olunacaq.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, bu layihə müxalif partiyalardan biri, Milliyyətçi Hərəkat Partiyası ilə razılaşdırılıb.

Baş nazir deyib ki, konstitusiyada dəyişikliklərlə bağlı referendum gələn il yayın əvvəllərində keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti