...

"Proqres" kosmik yük gəmisi itdi - QƏZA

Dünya xəbərləri Materials 2 Dekabr 2016 09:44 (UTC +04:00)
"Proqres" kosmik yük gəmisi Tuvada dağlıq ərazidə 190 kilometr yüksəklikdə itib.
"Proqres" kosmik yük gəmisi itdi - QƏZA

Bakı. Trend:

"Proqres" kosmik yük gəmisi Tuvada dağlıq ərazidə 190 kilometr yüksəklikdə itib. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, fraqmentlərin əksəriyyəti elə atmosferdə yanıb yox olub.

Məlumatda qeyd olunur ki, "Proqres"in itməsinin Beynəlxalq Kosmik Stansiyanın normal işinə və onun ekipajının həyati fəaliyyətinə mənfi təsiri olmayacaq. Yaradılmış Dövlət Komissiyası qəza ilə bağlı vəziyyəti araşdıracaq.

Qeyd edək ki, oxşar qəza 2011-ci ilin avqustunda "Proqres M-12M" gəmisi ilə də baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti