...

Özbəkistan vətəndaşları Bakıdakı seçki məntəqəsində yüksək fəallıq göstəriblər

Dünya xəbərləri Materials 4 Dekabr 2016 23:03 (UTC +04:00)
Özbəkistanın prezident seçkilərində Bakıda yerləşən seçki məntəqəsində 94,5 faiz seçici səs verib
Özbəkistan vətəndaşları Bakıdakı seçki məntəqəsində yüksək fəallıq göstəriblər

Bakı. Trend:

Özbəkistanın prezident seçkilərində Bakıda yerləşən seçki məntəqəsində 94,5 faiz seçici səs verib.

Özbəkistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Bakıda yerləşən seçki məntəqəsində səsvermə saat 06:00-dan 20:00-a qədər davam edib.

Qeyd edək ki, Özbəkistanda növbədənkənar seçkilər ölkə Konstitusiyasına uyğun olaraq prezident İslam Karimovun 2016-cı ilin sentyabrında 79 yaşında vəfatı ilə əlaqədar keçirilir. Özbəkistan prezidenti beş il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti