...

Türkiyədə güclü yanğın metronun işini dayandırdı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 5 Dekabr 2016 18:05 (UTC +04:00)
Türkiyənin Bursa şəhərində avtomobil yolunun tikilməkdə olan sahəsində baş verən yanğın nəticəsində 1 nəfər həlak olub
Türkiyədə güclü yanğın metronun işini dayandırdı (YENİLƏNİB)

İlk xəbər saat 17:46-da yayımlanlıb

Bakı. Orxan Quluzadə - Trend:

Yanğın nəticəsində Bursa şəhər metrosunda kommunikasiya xətləri zədələnib. Hazırda metroda qatarların hərəkətinin bərpa edilməsi üçün işlər aparılır.

X X X

Türkiyənin Bursa şəhərində avtomobil yolunun tikilməkdə olan sahəsində baş verən yanğın nəticəsində 1 nəfər həlak olub.

Trend-in türk mətbuatına istinadən verdiyi məlumata görə, yanğın tikinti işçilərinin qaldığı tikilidə başlayıb.

Qısa zamanda bütün binaya yayılan yanğın yaxınlıqdan keçən metro qatarlarının hərəkətinin dayanmasına da səbəb olub.

Yanğın nəticəsində daha iki işçi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti