Bakı. Trend:
Dünyanın ən iri dörd internet-şirkəti - Microsoft, Facebook, Twitter və Youtube terrorizmlə online mübarizə aparacaqlar.
Trend-in "RİA Novosti"ya istinadən verdiyi məlumata görə, şirkətlər öz aralarında unikal rəqəmli video identifikatorların mübadiləsini aparacaqlar və buda potensial terrorçunu müəyyənləşdirməyə imkan verəcək.
Həmçinin bildirilir ki, şirkətlər müştərilərin fərdi məlumatlarını bölüşməyəcəklər.