...

Avstriyanın yeni prezidenti məlum olub

Dünya xəbərləri Materials 6 Dekabr 2016 15:11 (UTC +04:00)
Avstriyada Yaşıllar partiyasının keçmiş sədri, 72 yaşlı Aleksandr van der Bellen ölkə prezidenti seçilib
Avstriyanın yeni prezidenti məlum olub

Bakı. Trend:

Avstriyada Yaşıllar partiyasının keçmiş sədri, 72 yaşlı Aleksandr van der Bellen ölkə prezidenti seçilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeni prezident seçicilərin 53,8 faiz səsini toplayıb.

O, sağ yönümlü Azadlıq partiyasının nümayəndəsi Norbert Hoferi üstələyib. N.Hofer 46,2 faiz səs toplayıb.

Avstriyada prezident seçkilərinin ikinci turu dekabrın 4-ü baş tutmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti