...

Yunanıstan razılaşdı - 3 türk hərbçisini ekstradisiya edir

Dünya xəbərləri Materials 6 Dekabr 2016 17:27 (UTC +04:00)
Yunanıstan məhkəməsi Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdindən sonra bu ölkəyə qaçmış 3 hərbçinin ekstradisiya olunması barədə qərar verib.
Yunanıstan razılaşdı - 3 türk hərbçisini ekstradisiya edir

Bakı. Orxan Quluzadə - Trend:

Yunanıstan məhkəməsi Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdindən sonra bu ölkəyə qaçmış 3 hərbçinin ekstradisiya olunması barədə qərar verib.

Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Daha əvvəl məhkəmənin hərbçiləri ekstradisiya etməkdən imtina etdiyi məlumat verilmişdi.

Həmin hərbçilər barədə məhkəmə dinləmələri ötən gün başlayıb. Dünən hakimlər hərbçilərin ekstradisiya olunmasının onların həyatlarına təhlükə törədəcəyini hesab etmişdi.

Daha 6 türk zabitinin məhkəmə prosesi dekabrın 6-ı davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti