...

Moskvada ekstremizmdə şübhəli bilinən 20 nəfər tutulub

Dünya xəbərləri Materials 7 Dekabr 2016 10:08 (UTC +04:00)
Onlar mütəşəkkil cinayətkar qrupun üzvləri olublar.
Moskvada ekstremizmdə şübhəli bilinən 20 nəfər tutulub

Bakı. Trend:

Moskva şəhərində və Moskva vilayətində irimiqyaslı əməliyyat zamanı ekstremizmdə şübhəli bilinən şəxslər saxlanılıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, əməliyyatın gedişində 20 nəfər tutulub.

Onlar mütəşəkkil cinayətkar qrupun üzvləri olublar. Təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti