...

Baş nazir: Türkiyə Aİ-yə üzvlük müraciətini geri götürməyəcək

Dünya xəbərləri Materials 7 Dekabr 2016 11:57 (UTC +04:00)
Türkiyə Avropa İttifaqına üzvlük barədə müraciətini geri götürməyəcək, amma Brüssel də başa düşməlidir ki, təhlükəsizliyi Ankara olmadan təmin etmək mümkün deyil
Baş nazir: Türkiyə Aİ-yə üzvlük müraciətini geri götürməyəcək

Bakı. Trend:

Türkiyə Avropa İttifaqına (Aİ) üzvlük barədə müraciətini geri götürməyəcək, amma Brüssel də başa düşməlidir ki, təhlükəsizliyi Ankara olmadan təmin etmək mümkün deyil.

Trend-in məlumatına görə, bu sözləri RİA Novosti agentliyinə müsahibəsində Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib:

“Biz Avropa İttifaqına üzvlük barədə müraciətimizi geri götürmək barədə qərar qəbul etməmişik. Belə bir fikrimiz də olmayıb. Avropa İttifaqı atacağı addımlar haqqında bizim üçün, öz gələcəyi naminə dərindən fikirləşməlidir. Aİ-nin gələcəyi və təhlükəsizliyi Türkiyəsiz mümkün deyil.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti