...

Berluskoni xəstəxanaya düşdü

Dünya xəbərləri Materials 7 Dekabr 2016 15:33 (UTC +04:00)
Silvio Berluskoni Milanın "San Raffaele" xəstəxanasına yerləşdirilib.
Berluskoni xəstəxanaya düşdü

Bakı. Trend:

İtaliyanın sabiq Baş naziri, "İrəli, İtaliya" partiyasının lideri Silvio Berluskoni Milanın "San Raffaele" xəstəxanasına yerləşdirilib.

Trend-in məlumatına görə, buna səbəb kimi 80 yaşlı siyasətçinin ürək döyüntüləri ilə bağlı probleminin olması göstərilir.

Həkim Alberto Canqrilyo S.Berluskoninin tezliklə evə buraxılacağını deyib.

Xatırladaq ki, cari ilin iyununda sabiq Baş nazir aorta qapağının dəyişdirilməsi üçün əməliyyat olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti