...

Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı

Dünya xəbərləri Materials 7 Dekabr 2016 19:41 (UTC +04:00)
Almaniyanın Türkiyədəki səfiri Mertin Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı

Bakı. Trend:

Almaniyanın Ankaradakı səfiri Mertin Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, səfir Türkiyə parlamentinin vitse-spikeri Ayşe Nur Bahçekapılının Almaniyada aeroportda saxlanılması ilə əlaqədar çağırılıb.

Türkiyə mənbələrinə görə, diplomatik pasportunu oğurladan vitse-spiker hava limanında hüquq mühafizə əməkdaşlarının kobud davranışı ilə qarşılaşıb, daha sonra isə saxlanılıb.

Almaniya səfirinə hadisə ilə bağlı Türkiyə XİN-nin narazılığı çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti