Bakı. Trend:
Misirin paytaxtı Qahirəyə yola düşən sərnişin qatarı Nil çayının deltasında yerləşən Minufiya əyalətində relsdən çıxıb.
Trend TASS agentliyinə istinadən xəbər verir ki, qəza zamanı sərnişinlər arasında böyük təşviş yaranıb, bir çoxu özünü vaqonların pəncərəsindən atıb.
Yerli polisin məlumatına görə, qəzada xəsarət alan olmayıb.