...

Zəlzələ İndoneziyada 12 minə yaxın binaya ziyan vurdu (VİDEO)

Dünya xəbərləri Materials 9 Dekabr 2016 10:14 (UTC +04:00)
İndoneziyada dekabrın 7-də baş vermiş zəlzələ nəticəsində 12 minə yaxın bina zərər görüb.
Zəlzələ İndoneziyada 12 minə yaxın binaya ziyan vurdu (VİDEO)

Bakı. Trend:

İndoneziyada dekabrın 7-də baş vermiş zəlzələ nəticəsində 12 minə yaxın bina zərər görüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İndoneziyanın Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin operativ mərkəzinin əməkdaşı Yuyun Yuhana deyib.

O qeyd edib ki, bu günə olan vəziyyətə əsasən ümumilikdə 11 730 tikiliyə ziyan dəyib. Onlardan 2929-da dağıntılar qeydə alınıb.

Zəlzələ nəticəsində 102 nəfər ölüb, 136 ağır, 616 nəfər isə yüngül xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti