...

İran Böyük Britaniyanı təhdid etdi ki...

Dünya xəbərləri Materials 9 Dekabr 2016 13:13 (UTC +04:00)
Bu açıqlama Böyük Britaniya baş nazirinin açıqlamaları ilə bağlıdır.
İran Böyük Britaniyanı təhdid etdi ki...

Bakı. Elmira Tariverdiyeva - Trend:

Əgər Böyük Britaniya regionda “parçalama siyasəti”ni davam etdirərsə, İran Parlamenti iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsinin azaldılmasına və Londonun İranda səfir yox, müvəqqəti işlər vəkili tərəfindən təmsil olunmasına səs verəcək.

Trend-in "IRIB" telekanalına istinadən verdiyi məlumata görə, bunu İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komitəsinin sədri Ələddin Borucərdi deyib.

Bu açıqlama Böyük Britaniya baş nazirinin açıqlamaları ilə bağlıdır. Belə ki, daha öncə baş nazir Tereza Mey “İranın regionda aqressiv fəaliyyətinə” qarşı Böyük Britaniyanın Fars körfəzinin ərəb ölkələri ilə əməkdaşlığı davam etdirəcəyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti