...

Ərdoğan Qazaxıstana gedir

Dünya xəbərləri Materials 9 Dekabr 2016 13:55 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan Nursultan Nazarbayevin dəvəti ilə 11-12 dekabrda Qazaxıstana səfər edəcək.
Ərdoğan Qazaxıstana gedir

Ankara. Atilla Caner - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nursultan Nazarbayevin dəvəti ilə 11-12 dekabrda Qazaxıstana səfər edəcək.

Trend-in Türkiyə Prezidenti Administrasiyasına istinadən verdiyi məlumata görə, R.T.Ərdoğan səfər zamanı qazax həmkarı N.Nazarbayevlə məhdud və geniş tərkibdə görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli və regional məsələlər, həmçinin 2017-ci ildə keçiriləcək Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasına hazırlıq müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti