...

2017-ci ildə GUAM-da sədrlik Gürcüstana keçib

Dünya xəbərləri Materials 9 Dekabr 2016 14:30 (UTC +04:00)
2017-ci ildə GUAM təşkilatına sədrlik Gürcüstana keçib.
2017-ci ildə GUAM-da sədrlik Gürcüstana keçib

Bakı. Səba Ağayeva - Trend:

2017-ci ildə GUAM təşkilatına sədrlik Gürcüstana keçib. Trend-in məlumatına görə, bu barədə qərar GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 28-ci iclasında qəbul edilib.

Toplantı Hamburqda ATƏT XİNŞ iclası çərçivəsində keçirilib.

GUAM-ın XİNŞ iclası 2016-cı ildə qurumun yekun iclası olub. İclasda Azərbaycanın 2016-cı ildə GUAM sədrliyinin yekunları müzakirə olunub.

Qeyd edək ki, GUAM formatı 1997-ci ildə yaradılıb. Hazırda qurum “GUAM+ABŞ” və “GUAM+Yaponiya” formatlarında Vaşinqton və Tokio ilə sıx əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti