...

İstanbuldakı terror aktında PKK izi görünür - Numan Kurtulmuş

Dünya xəbərləri Materials 11 Dekabr 2016 13:33 (UTC +04:00)
İstanbuldakı terror aktının PKK tərəfindən törədilməsinə dair ciddi şübhələr var
İstanbuldakı terror aktında PKK izi görünür - Numan Kurtulmuş

Bakı. Trend:

İstanbuldakı terror aktının PKK tərəfindən törədilməsinə dair ciddi şübhələr var.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Baş nazinin müavini Numan Kurtulmuş deyib.

Onun sözlərinə görə, avtomobildə ən azı 300-400 kiloqram partlayıcıdan istifadə olunub.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayının 38-ə çatdığını bildirib. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti