...

Havaya qalxan təyyarə niyə dərhal Daşkənd aeroportuna qayıtdı?

Dünya xəbərləri Materials 12 Dekabr 2016 09:52 (UTC +04:00)
"Aeroflot" aviaşirkətinin Daşkənd-Moskva reysini həyata keçirən təyyarə havaya qalxdıqdan dərhal sonra Daşkənd aeroportuna qayıdıb.
Havaya qalxan təyyarə niyə dərhal Daşkənd aeroportuna qayıtdı?

Daşkənd. Dəmir Əzizov - Trend:

"Aeroflot" aviaşirkətinin Daşkənd-Moskva reysini həyata keçirən təyyarə havaya qalxdıqdan dərhal sonra Daşkənd aeroportuna qayıdıb.

Hava limanından Trend-ə verilən məlumata görə, təyyarə texniki səbəbdən geri qayıdıb. Məhz hansı texniki problemin olduğu isə bildirilməyib:

"Təyyarə yerli vaxtla saat 05:30-da havaya qalxıb, lakin 10 dəqiqədən sonra aeroporta qayıdıb. Sərnişinlər təhlükəsiz şəraitdə göyərtəni tərk ediblər".

Hazırda aeroport əməkdaşları hava gəmisini yoxlamaqla məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti