...

Suriyada Paris teraktının təşkilatçısı öldürülüb

Dünya xəbərləri Materials 13 Dekabr 2016 20:22 (UTC +04:00)
Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın avia zərbələri nəticəsində İŞİD-in 3 əsas komandiri öldürülüb.
Suriyada Paris teraktının təşkilatçısı öldürülüb

Bakı. Trend:

Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın avia zərbələri nəticəsində İŞİD-in 3 əsas komandiri öldürülüb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter İtaliyada amerikalı hərbi pilotlarla görüşündə deyib.

Öldürülən İŞİD komandirlərindən ikisi - Saxal Qurmat və Sammi Cedu Parisdə ötən ilin noyabrın 13-də törədilən terror aktının təşkilatçısı olublar.

Parisin "Stade de France" arenası və Sen-Deni qəsəbəsində törədilən terror aktında 130 nəfər ölmüş, 350 insan yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti