...

Venesuela Braziliya ilə sərhədləri bağladı - SƏBƏB?

Dünya xəbərləri Materials 15 Dekabr 2016 09:51 (UTC +04:00)
Venesuela hökuməti əskinas qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində 72 saat ərzində Braziliya ilə sərhədlərini bağlayıb.
Venesuela Braziliya ilə sərhədləri bağladı - SƏBƏB?

Bakı. Trend:

Venesuela hökuməti əskinas qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində 72 saat ərzində Braziliya ilə sərhədlərini bağlayıb. Trend bu barədə RİA Novost-yə istinadən məlumat verir.

Məlumata görə, müvafiq xəbərdarlıq şifahi formada Karakasda ölkənin səfirliyi vasitəsilə çatdırılıb.

Xatırladaq ki, daha öncə Venesuela prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhədlərin 3 sutka bağlanması barədə bəyan etmişdi.

Nenesuela rəhbərliyi bu formada ölkəyə 100 bolivar nominalında əskinasların daxil edilməsinin qarşısını almağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti