Bakı. Orxan Quluzadə - Trend
Terrorçular heç vaxt məqsədlərinə çatmayacaqlar.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıdakı Türkiyə səfirliyində Beşiktaş terror qurbanları üçün xatirə kitabının imzalanması mərasimində deyib.
O qeyd edib ki, Türkiyə xalqı İstanbulda baş verən terrora görə olduqca kədərlidir:
"Amma kədərli olduğumuz qədər də terrora nifrət hissi ilə doluyuq. Heç kim düşünməsin ki, terrorla türk millətini qorxutmaq olar".
Diplomatın sözlərinə görə, Türkiyə terrorla sona qədər mübarizə aparmaqda qətiyyətlidir: "Adları nə olursa-olsun - PKK, İŞİD - fərqi yoxdur, türk milləti onları əzib yox edəcək".