...

Gürcüstanda SOCAR-ın qaz borusunda qəza baş verib

Dünya xəbərləri Materials 16 Dekabr 2016 14:27 (UTC +04:00)
Bu gecə Gürcüstandan keçən magistral qaz borusunda qəza baş verib
Gürcüstanda SOCAR-ın qaz borusunda qəza baş verib

Bakı. Maksim Tsurkov - Trend:

Bu gecə Gürcüstandan keçən magistral qaz borusunda qəza baş verib. Trend-in məlumatına görə, bu boru kəməri Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti “Socar Georgia Gas” tərəfindən idarə olunur.

Gürcüstan mətbuatının məlumatına görə, qəza nəticəsində Acarıstan Muxtar Respublikasında Batumi və Xelvaçauri şəhərlərində 50 min sakin qazsız qalıb.

Hadisə ilə bağlı “SOCAR Energy Georgia”nın nümaynədələri məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti