...

Suriyada türk hərbçilərə hücum: ölən və yaralananların sayı artıb (VİDEO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 21 Dekabr 2016 14:42 (UTC +04:00)
Suriyada terrorçular türk hərbçilərə hücum ediblər.
Suriyada türk hərbçilərə hücum: ölən və yaralananların sayı artıb (VİDEO) (YENİLƏNİB)

İlk xəbər saat 09:57-də yayılıb

Bakı. Trend:

İŞİD terrorçularının Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 4 türk hərbçi ölüb, 15-i yaralanıb.

Türkiyə qırıcıları tərəfindən İŞİD-in 24 döyüş mövqeyi vurulub, 40-dan çox terrorçu zərərsizləşdirilib.

X X X

13:21

Suriyada terrorçular türk hərbçilərə hücum ediblər.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, İŞİD terrorçularının hücumu nəticəsində 3 türk hərbçi ölüb, yaralıların sayı 11-ə çatıb.

X X X

09:57

Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Fərat qalxanı" əməliyyatının 120-ci günündə türk hərbçilərə hücum edilib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, terrorçuların hücumu zamanı 4 türk hərbçi, həmçinin "Azad Suriya Ordusu"nun bir üzvü yüngül xəsarət alıb.

Əməliyyat çərçivəsində Türkiyə Hava Qüvvələrinin qırıcıları Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasına məxsus 48 hədəfə zərbə endirib, 15 İŞİD-çi zərərsizləşdirilib.

Bundan başqa, Əl-Babın ələ keçirilməsi məqsədilə Bab-Hələb yolu tam nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti