...

Yaponiyada 140 bina yanır

Dünya xəbərləri Materials 22 Dekabr 2016 13:03 (UTC +04:00)
Yaponiyanın Niiqata prefekturasında İtoiqava şəhərinin rəhbərliyi şəhərdə baş verən güclü yanğınla əlaqədar qonşu şəhərlərə müraciət edib.
Yaponiyada 140 bina yanır

Bakı. Trend:

Yaponiyanın Niiqata prefekturasında İtoiqava şəhərinin rəhbərliyi şəhərdə baş verən güclü yanğınla əlaqədar qonşu şəhərlərə müraciət edib.

Bu barədə Trend RİA Novostiyə istinadən məlumat verir.

Hazırda yanğın 140-dan çox tikilini əhatə edir.

Yaponiyanın NHK telekanalı məlumat verib ki, yanğın səhər saatlaırnda Çin restoranında başlayıb və qısa zaman ərzində digər binalara keçib.

Yanğınla əlaqədar 600-ə yaxın adam təxliyə olunub. Yaxınlıqdakı məktəblərdə dərslər dayandırılıb.

Hadisə nəticəsində 2 nəfərin xəsarət aldığı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti