...

Avstraliya polisi terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfəri həbs edib

Dünya xəbərləri Materials 23 Dekabr 2016 04:34 (UTC +04:00)
Avstraliya polisi Melburnda bayram günlərində terror aktları hazırlamaqda şübhəli bilinən 7 nəfər həbs edilib.
Avstraliya polisi terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfəri həbs edib

Bakı. Trend:

Avstraliya polisi Melburnda bayram günlərində terror aktları hazırlamaqda şübhəli bilinən 7 nəfər həbs edilib.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, xüsusi təyinatlı polis dəstəsinin əməkdaşları Melburnun şimalında bir neçə evə baxış keçirdikdən sonra şübhəliləri həbs ediblər.

Viktoriya ştatının polis rəisi Qrem Eşton bildirib ki, həbs edilən şəxslər Milad bayramında Melburn vağzalı, Müqəddəs Pavel kilsəsi və meydanlardan birinə hücum etməyi planlaşdırırdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti