...

Tereza Mey, Brexit-in özündə daşıdığı imkanlarından istifadə etməyə çağırdı

Dünya xəbərləri Materials 24 Dekabr 2016 08:04 (UTC +04:00)
Böyük Britaniyanın baş naziri Tereza Mey, Brexit-in özündə daşıdığı imkanlarından istifadə etməyə çağırdı
Tereza Mey, Brexit-in özündə daşıdığı imkanlarından istifadə etməyə çağırdı

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Tereza Mey, Brexit-in özündə daşıdığı imkanlarından istifadə etməyə çağırdı.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Tereza Mey deyib ki, biz özümüz üçün dünyada yeni cəsarətli rolu qəbul etməliyik. Bundan əlavə, o, ölkəni bir olmağa və gələcəyi uğurla qarşılamağa çağırıb.

"Biz ticarətin inkişafı və rifahın yüksəlməsi üçün beynəlxalq tərəfdaşlarımızla birlikdə işlər görməliyik. Eləcə də bütün dünyada sülh və təhlükəsizlik problemlərini qarşılamalıyıq", - Mey deyib.

Qeyd edək ki, bu ilin iyun ayında Britaniya sakinlərinin 52 faizi ölkənin Aİ-nin tərkibindən çıxmasına səs vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti