...

Yunker: Berlindəki terror aktı qaçqınların Avropaya yolunu bağlamalı deyil

Dünya xəbərləri Materials 24 Dekabr 2016 08:47 (UTC +04:00)
Berlindəki terror aktı qaçqınların Avropaya yolunu bağlamalı deyil
Yunker: Berlindəki terror aktı qaçqınların Avropaya yolunu bağlamalı deyil

Bakı. Trend:

Berlindəki terror aktı qaçqınların Avropaya yolunu bağlamalı deyil.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.

"Avropa münaqişə zonasından və terrorizmnən qaçan insanlara sığınacaq verməlidir. Bütün qaçqınların terrorçuluqda şübhəli bilmək düzgün olmadı", - Yunker deyib.

Bununla belə, o qeyd edib ki, Avropa İttifaqının daxili təhlükəsizliyini möhkəmləndirmək lazımdır.

Xatırladaq ki, bir dekabrın 20-də Berlində yük maşını yüksək sürətlə insanların arasına daxil olmuşdu. Nəticədə 12 nəfər həlak olmuş, 50-yə yaxın adam yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti