...

Səudiyyə Kralı suriyalılara 5 mln dollar ayırıb

Dünya xəbərləri Materials 27 Dekabr 2016 01:45 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud suriyalılara yardım etmək məqsədi ilə bütün ölkə üzrə kütləvi ianə yığımı kampaniyasının başlanılması haqqında fərman verib
Səudiyyə Kralı suriyalılara 5 mln dollar ayırıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud suriyalılara yardım etmək məqsədi ilə bütün ölkə üzrə kütləvi ianə yığımı kampaniyasının başlanılması haqqında fərman verib.

Trend-in RİA Novosti-ya istinadən verdiyi məlumata görə, Kral suriyalılara yardım məqsədi ilə öz büdcəsindən 20 milyon rial (5 milyon dollar) ayırıb.

Səudiyyə Ərəbistanının vəliəhdi, daxili işlər naziri Məhəmməd ibn Naif öz növbəsində suriyalılara yardım məqsədi ilə 10 milyon rial (2 milyon dollar) ayırıb. Eyni zamanda müdafiə naziri Məhəmməd Bin Salman da suriyalılara 8 milyon rial məbləğində yardım etmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti