...

Peruda avtomobil uçurumdan aşıb: 12 nəfər ölüb

Dünya xəbərləri Materials 28 Dekabr 2016 05:06 (UTC +04:00)
Perunun cənubunda avtomobil 300 metrlik uçurumdan aşıb, nəticədə 12 nəfər ölüb.
Peruda avtomobil uçurumdan aşıb: 12 nəfər ölüb

Bakı. Trend:

Perunun cənubunda avtomobil 300 metrlik uçurumdan aşıb, nəticədə 12 nəfər ölüb.

Trend-in "RİA Novosti" istinadən verdiyi məlumata görə, hadisə Ayakuço bölgəsində baş verib.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Üç yaralı yerli xəstəxanaların birinə yerləşdiriliblər. Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən qaçıb.

Hadisənin dəqiq səbəbi araşdırılır. İlkin məlumatlara görə, avtomobilin sürücüsünün idarəetməni itirməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti