...

Yunanıstan səfiri itkin düşüb

Dünya xəbərləri Materials 29 Dekabr 2016 20:04 (UTC +04:00)
Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşüb.
Yunanıstan səfiri itkin düşüb

Bakı. Trend:

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşüb.

Trend "TASS" agentliyinə istinadən xəbər verir ki, sonuncu dəfə diplomat həftənin bazarertəsi görünüb.

Braziliya polisi hazırda səfirin axtarışı ilə məşğuldur.

Qeyd edək ki, səfirlik Braziliyanın paytaxtı Braziliada yerləşir. Səfir isə Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti