Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Fərat qalxanı" əməliyyatının 129-cu günündə 1 türk hərbçi ölüb, 5-i yaralanıb.
Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.
Əməliyyat zamanı 26 İŞİD silahlısının zərərsizləşdirildiyi bildirilir.
Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İŞİD-in 17 mövqeyini məhv edib.
Rusiya qırıcılarının hava zərbələri nəticəsində isə 12 İŞİD-çi zərərsizləşdirilib.