...

Taylandda hindistanlı turistlərlə dolu qayıq batıb

Dünya xəbərləri Materials 30 Dekabr 2016 11:19 (UTC +04:00)
Taylandın şərq sahillərində Pattaya kurort şəhəri yaxınlığında 23 hindistanlı turistin olduğu qayıq batıb.
Taylandda hindistanlı turistlərlə dolu qayıq batıb

Bakı. Trend:

Taylandın şərq sahillərində Pattaya kurort şəhəri yaxınlığında 23 hindistanlı turistin olduğu qayıq batıb. Trend bu barədə RİA Novosyi-yə istinadən məlumat verir.

Qəzanın səbəbi qayığın gözlənilmədən su buraxması olub. Qayıqda olan turistlər arasında azyaşlı uşaqlar da olub. Yaxınlıqdan keçən 2 katerdəki şəxslər turistləri sudan xilas etməyə müvəffəq olublar.

Hazırda turstlərə tibbi yardım göstərilib və onlar mehmanxanalara qayıdıblar .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti